Rafinya 5 həftəlik sıradan çıxıb

“Barselona”nın vingeri Rafinya Dias zədə səbəbindən yaxın oyunlarda komandasına kömək edə bilməyəcək.

29 yaşlı futbolçu Braziliya millisinin Fransa yığması ilə keçirdiyi yoxlama oyununda (1:2) zədələnib. O, fasilədə məcburi əvəzlənib.

Müayinələr nəticəsində braziliyalı oyunçunun dizaltı vətərində ciddi problem aşkarlanıb və onun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi yaranmış vəziyyətdən narazıdır. Klub nümayəndələri hesab edir ki, Braziliya tərəfi yoxlama oyunu naminə futbolçunun sağlamlığını riskə atmamalı idi.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik daha əvvəl də milli komandalar səbəbilə oyunçuların zədələnməsindən narazılığını bildirmişdi. Bu hadisədən sonra isə məşqçilər heyətinin narahatlığı daha da artıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button