Rəhim Həsənov da Avroliqa matçına təyinat aldı

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək daha bir oyun azərbaycanlı hakimlərə tapşırılıb.

Komanda.az xəbər verir ki, FİFA referisi Rəhim Həsənov Lüksemburq “Proqress”inin oyununa təyinat alıb.

Hansı ki, bu komandanın rəqibi ilkin mərhələdə üz-üzə gələcək “Enqordani” (Andorra) – “Zeta” (Monteneqro) cütünün qalibi olacaq.

Həsənova yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç avqustun 26-da Lüksemburqda keçiriləcək.

Rauf Cabbarovun rəhbərlik etdiyi digər azərbaycanlı hakimlər briqadası isə Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan “Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçına təyinat alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button