Qvardiolanın son mövsümü? – Yerinə 3 namizəd var

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2025/26 mövsümünün sonunda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

“Şəhərlilər”in rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Klubun diqqət mərkəzində üç mütəxəssis var – Xabi Alonso, Enzo Mareska və Vensan Kompani.

Pep Qvardiola 2016-cı ilin yayından etibarən “Mançester Siti”ni çalışdırır. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

“Mançester Siti” ispaniyalı mütəxəssisin rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button