Qvardiola və Sterlinq ən yaxşı seçildi

Futbol üzrə İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq ötən ayın ən yaxşı oyunçusu seçilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. O, dekabrda meydana çıxdığı oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Dekabrın ən yaxşı məşqçisi də “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola olub. Onun komandası ötən ay keçirdiyi 7 oyunun hamısından qalib ayrılıb.

Xatırladaq ki, Premyer Liqada noyabr ayının ən yaxşı baş məşqçisi də məhz Qvardiona seçilmişdi. Bir sözlə, 50 yaşlı mütəxəssis ardıcıl ikinci dəfədir ən yaxşı elan olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button