Qvardiolanın arzusu

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis nə vaxtsa milli komanda çalışdırmaq istədiyini bildirib:

“Bilmirəm məni kim istəyər. Bir milli komandada çalışmaq üçün sizi istəməlidirlər, eyniylə klub kimi. Dünya çempionatı, Avropa çempionatı və ya Amerika kubokunda təcrübə yaşamaq istəyərəm. Bunun nə vaxt olacağını bilmirəm”.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button