Qurban Qurbanov Ağdama getdi, Milli Qəhrəmanın məzarını ziyarət etdi – FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək, Ağdama səfər edib.

Komanda.az xəbər verir ki, səfər çərçivəsində baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Qurban Qurbanov ziyarət zamanı “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın məzarı üzərinə qoyub.

Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button