
Qurban Qurbanov: “Futbolçularımız komandaya yaxşı qayıdıblar, üzləri gülür”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi futbolçularının yaxşı istirahət etdiyini deyib:
“Futbolçularımız pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür, həvəslə məşq ediblər”.
Qurbanov güclü rəqiblərlə yoxlama matçlarında qarşılaşmağa hazır olmadıqlarını bildirib:
“Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız komandalar da ciddidir”.
“Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də, UEFA Çempionlar Liqasında Bakıda “Ayntraxt”a (Frankfurt) qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



