ÇL: “Borussiya” bu finalda qalib gələcək”

“Milan”ın sabiq futbolçusu Rud Qullit Çempionlar Liqasının finalında “Borussiya” (Dortmund) ilə “Real” arasında keçiriləcək oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş futbolçu, Dortmund klubunun hər kəsi təəccübləndirəcəyini bildirib:

“Düşünürəm ki, “Borussiya” bu finalda təəccübləndirəcək və qalib gələcək. Məncə, əsas vaxt 1:1 hesabı ilə bitəcək və “Real” Vinisiusun sayəsində ilk qolu vuracaq. Daha sonra Malen əvəzedici kimi meydana çıxacaq və hesabı bərabərləşdirəcək, Marko Roys isə qələbə qolunu vuracaq”.

“Borussiya” – “Real” matçı iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək. Oyun 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button