Quliyevli “Ximki” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Soçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Ayaz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu fasilədə əvəzlənib.

“Ximki” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button