
Qrilişin gələcəyi sual altındadır
“Everton”da çıxış edən “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin Liverpul klubu ilə icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. 30 yaşlı futbolçu ciddi zədə səbəbindən mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, zədə cərrahi əməliyyat tələb edir.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Liverpul təmsilçisi ingiltərəli yarımmüdafiəçinin transfer hüquqlarını “Mançester Siti”dən birdəfəlik almağı planlaşdırmır. Klub rəhbərliyi onun qiymətini yüksək hesab edir.
Bununla belə, “Everton” Qriilişi daha bir mövsüm icarədə saxlamaq istəyir. “Şəhərlilər”in belə variantla razılaşıb-razılaşmayacağı məlum deyil.
Qriliş İngiltərə Premyer Liqasının cari mövsümündə “Everton” forması ilə keçirdiyi 20 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



