Suaresin təqdimat mərasimində izdiham – VİDEO

Uruqvaylı hücumçu Luis Suares karyerasını “Qremio”da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cənubi amerikalı futbolçunun təqdimat mərasiminə 10 minlərlə azarkeş gəlib. Nəticədə, “Qremio”nun stadionu tamamilə dolub.

Luis Suares Braziliya klubu ilə 2024-cü ilin dekabrına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Suares “Qremio”dan öncə Uruqvayın “Nasional”, İspaniyanın “Barselona” və “Atletiko” kimi klublarında çıxış edib.

https://www.youtube.com/watch?v=PAwAl9kXGv4
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button