Azər Həşimov gözləyir

Bir müddət əvvəl “Karvan-Yevlax”ın baş məşqçi postundan uzaqlaşdırılan Azər Həşimov keçmiş klubuna qarşı təzminat davası açmışdı. Belə ki, klub rəhbərliyi onun müqaviləsinə birtərəfli şəkildə, vaxtından əvvəl xitam verib, yola salmışdı. Bunun qarşılığında isə Həşimov klubdan müqavilə ilə ona çatmalı olan təzminatı tələb edir.

Təzminat məsələsində hansısa yeniliyin olub-olmaması ilə bağlı Həşimovla əlaqə saxladıq. Onun Komanda.az-a açıqlaması belə oldu:

“Bu barədə vəkilim Elcan Həsənli daha məlumatlıdır. Necə olacağını gözləyirəm. Daha xırda detallara kimi vəkilim bilir”.

“Karvan-Yevlax” Premyer Liqanın 12-ci turunda “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonra Azər Həşimovla yollarını ayırmışdı.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button