“Qızıl top”u qazanan ən yaşlı ikinci futbolçu

“Real”ın hücumçusu Kərim Benzema 1956-cı ildən sonra “qızıl top” mükafatını qazanan ən yaşlı oyunçu olub.

Komanda.az xəbər verir ki, dekabrda 35 yaşı tamam olacaq Benzema yalnız mükafatın ilk sahibi Stenli Metyuzdan geri qalır.

İngiltərə millisinin və “Blekpul”un sabiq forvardı 41 yaşında buna yiyələnib.

Benzema Lionel Messini geridə qoyub. Argentinalı hücumçu 2021-ci ildə 34 yaş 158-ci günündə “qızıl top” mükafata sahib çıxıb.

Benzema ötən mövsüm “kral klubu” ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA superkubokunu qazanıb.

Bundan başqa, Benzema ötən mövsüm İspaniya La Liqasında 32 oyunda 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button