“Qırmızı şeytanlar”ın hədəfindəki ingilis

“Mançester Yunayted” “Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouzla maraqlanır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, bu mövsümün sonunda “qırmızı şeytanlar”a rəhbərlik edəcək Erik ten Haq 27 yaşlı ingilis futbolçunun komandanın yarımmüdafiə xəttini gücləndirəcəyinə inanır. “Sauthempton” da 75 milyon funt-sterlinq qarşılığında futbolçu ilə ayrılmağa hazırdır.

Uord-Prouz “Sauthempton”un heyətində cari mövsümdə 39 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button