Qavinin ən xoşbəxt günü

“Barselona”nın yarımmüdafiəçisi Qavi klubu ilə yeni müqavilə imzaladıqdan sonra açıqlama verib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu həyatının komandasında oynamağa davam edəcəyi üçün çox həyəcanlı olduğunu bildirib:

“Həyatımın komandasında oynamağa davam edəcəyim üçün çox həyəcanlıyam və ümid edirəm ki, burada daha uzun illər keçirəcəm. Bu mənim üçün ən xoşbəxt gündür”.

20 yaşlı futbolçu “Baraelona” ilə 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb. Bu barədə cümə günü rəsmi məlumat verilib.

Qavi kataloniyalıların əsas komandasında 131 oyun keçirib, 9 qol vurub və 17 məhsuldar ötürmə edib.

“Barselona” sabah La Liqanın 22-ci turu çərçivəsində evdə “Alaves”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button