“Barselona”nın futbolçusundan Xaviyə: “Yenidən görüşəcəyik”

“Barselona”nın yarımmüdafiəçisi Qavi istefaya göndəriləcək baş məşqçi Xavi Hernandesə təşəkkür edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkədə bunları yazıb:

“Mənə öyrətdiyiniz hər şey üçün təşəkkür edirəm, baş məşqçi. Mən sizə və məşqçilər heyətinizə hər zaman minnətdar olacam. Əminəm ki, gələcəkdə yenidən görüşəcəyik”.

Daha əvvəl “Bayern”ə və Almaniya millisinə rəhbərlik etmiş Hans-Diter Flik gələn mövsümdən “Barselona”nın yeni baş məşqçisi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button