Qattuzo “Milan”dan getdi: “Üzərimdə həddindən artıq təzyiq vardı”

Son mövsümdə İtaliya A Seriyasını beçinci pillədə tamamlayan “Milan”ın baş məşqçisi Cennaro Qattuzo istefa verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmiləri ilə görüşən 41 yaşlı mütəxəssis, istefa vermək istədiyini bildirib və onun “qırmızı-qaralar”la müqaviləsi ləvğ olunub.

Məsələylə bağlı açıqlama verən italiyalı mütəxəssis, üzərində böyük təzyiq hiss etdiyini deyib:

“Milan”dan ayrılmağa qərar vermək asan deyil, amma bu, verməyim lazım olan qərar idi. Təəssüfedici bir qərardır, amma belə olması lazım idi. İki illik müqaviləmdən imtina edirəm, çünki “Milan”la aramda pul mövzusu ola bilməz.

Üzərimdə həddindən artıq təzyiq vardı. Burda keçirdiyim 18 ayda gecələri çətinliklə yata bilirdim. Zehni cəhətdən ciddi şəkildə parçalandım. Mövsüm boyunca səhvlər etdik, yaxşı bir ili geridə qoyduq. Ən böyük üzüntüm isə son 3-4 ayda tutarlı nəticələr əldə edə bilməməyimizdir. İnsanlar futbolçularımın səviyyəsinin artdığını deyirdilər. Onlarla razı deyiləm, bir çox futbolçu istedadından aşağı çıxış etdi.

Komandaya təşəkkür edirəm. 68 xal toplayıb Çempionlar Liqasına gedə bilməsək də, onlarla qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button