“Ona qarşıdakı aylarda da güvənmək istəyirik” – “İnter” rəsmisi

“İnter”in idman direktoru Piero Ausilio komandanın futbolçuları Eşli Yanq və Aleksis Sançeslə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky İtalia”ya açıqlama verən klub rəsmisi, sözügedən futbolçularla bağlı bunları deyib:

“Yanqla bağlı qərarımızı verdik. Onun müqaviləsindəki “bir il daha uzatmaq” bəndini aktivləşdirdik.

Sançesə gəlincə, o da daxil olmaqla, bütün futbolçularımızı saxlamaq istəyirik. O, ən yaxşı oyununu göstərirdi, lakin sonra zədələndi. Sançesin çox vaxtı olmadı, amma indi yenidən özünü göstərmək şansı var. Ona qarşıdakı aylarda da güvənmək istəyirik”.

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Sançesin icarə sözləşməsi iyunun sonunda başa çatır.