“Qarabağ”dan “Olimpiakos”la heç-heçə

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Bir həftə əvvəl Yunanıstanda keçirilən oyunda Qurban Qurbanovun komandası yunanları böyük hesabla (3:0) məğlub etmişdi. “Olimpiakos” Bakıdakı görüşdə həm ilk oyunun revanşını almağa, həm də, qrup mərhələsində ilk xallarını qazanmağa çalışıb.

“Qarabağ” doğma publika önündə “Olimpiakos”u məğlub etməklə, Avropa Liqasında növbəti mərhələyə adlamaq üçün çox vacib addım ata bilərdi. Lakin təəssüf ki, bu oyunda qapılara qol vurulmayıb.

Qrupun digər matçında lider “Frayburq” “Nant”ın qonağı olub. Almaniya təmsilçisi Fransada darmadağına imza atmaqla pley-offa vəsiqəni təmin edib.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

13 oktyabr

G qrupu

Qarabağ – Olimpiakos (Yunanıstan) 0:0
Hakimlər: Kreyq Pauson, Li Betts, Yan Hassin, Con Bruks (hamısı İngiltərə)
Bakı. T.Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiakos: 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi.
Ehtiyat oyunçular: 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis, 6. Yann MVila, 12. Marselo, 19. Yorqos Masuras, 20. Coş Bouler, 24. Usseynu Ba, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis.
Baş məşqçi: Miçel Qonsales.

Nant (Fransa) – Frayburq (Almaniya) 0:4
Qol
: Kubler, 26. Qreqoriç, 71. Şade, 82. Yonq, 87.

Xal: Frayburq – 12. Qarabağ – 7. Nant – 3. Olimpiakos – 1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button