Konte: “Qarabağ”la oyunda diqqətli olmaq lazımdır”

“Napoli” sabah UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ı qəbul edəcək.

Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:

“Oyuna düzgün əhval-ruhiyyə və enerji ilə yanaşırıq. Noyabrın 22-də suallarıma cavab aldım (“Napoli” – “Atalanta” 3:1), çox yaxşı çıxış etdik. “Qarabağ”la oyunda diqqətli olmaq lazımdır.

Bu il bir çox səbəbdən çətin keçir, bunu mövsüm başlamazdan əvvəl də demişdim. Nəzarət edə bildiyim şeylər var – iş, taktiki hazırlıq. Amma nəzarət edə bilmədiyim hallar da mövcuddur, məsələn, zədələr”.

Konte 2024-cü ildən “Napoli”ni çalışdırır.

“Napoli” – “Qarabağ” matçının start fiti saat 00:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button