“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi koronavirus şoku

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 12-də “Qarabağ”la cavab oyununa çıxacaq Kiprin AEL komandasının kollektivi Bakı səfəri öncəsi koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, futbolçulardan birinin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Bu barədə Limassol klubunun rəsmi saytı məlumat yayıb. Koronavirus aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button