“Qarabağ”ın rəqibi yeni transferini rəsmən açıqladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kamerunlu hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib.

“Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button