“Qarabağ”ın rəqibi məşhur futbolçusu ilə vidalaşır

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olan “Kayrat” klubu (Qazaxıstan) futbolçusu Vaqner Lavla mövsümün sonunda yollarını ayıracaq.

Komanda.az “sports.ru” saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Almatı təmsilçisinin məşqçilər heyətinin planlarına daxil deyil. Baş məşqçi Kurban Berdıyev braziliyalı futbolçuya yalnız bir oyunda 90 dəqiqə şans verib.

Vaqner Lavın karyerasını Asiyada davam etdirmək ehtimalı var.

“Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”ın qonağı olacaq. Oyun oktyabrın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button