“Qarabağ”ın rəqibindən “Roma”ya keçdi – Kamara

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Məhəmməd Kamaranı heyətinə qatıb.

Bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. “Canavarlar” 25 yaşlı mərkəz yarımmüdafiəçisini bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. İtaliya klubu bir illik icarə üçün “Olimpiakos”a 1.2 milyon avro ödəyəcək. Futbolçunun transfer dəyəri isə 11 milyon avrodur. Onun Yunanıstan klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Məhəmməd Kamara peşəkar karyerasına Fransanın “Ayaçço” klubunda başlayıb. Qvineyalı futbolçu 2018-ci ildən “Olimpiakos”da forma geyinirdi. O, bu klubun heyətində 181 oyuna çıxıb, 19 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Qvineya yığmasında da 21 oyuna 1 qol vurub.

Xatırladaq ki, “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button