“Qarabağ”ın rəqibi kapitana güvənir

“Liverpul”un müdafiəçisi Vircil van Daykın klubdan müqaviləsinin müddəti bitmədən ayrılması real görünmür. Son dövrlər “qırmızılar”ın kapitanı oyunundakı enişə görə tənqid olunsa da, klub rəhbərliyi ona hələ də güvənir.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Liverpul” 34 yaşlı futbolçu ilə bağlı transfer təkliflərini müzakirə etməyi planlaşdırmır və yayılan söz-söhbətlərə baxmayaraq, onu satmaq niyyətində deyil.

Niderlandlı futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə bütün turnirlər üzrə 32 oyuna çıxıb və 2 qol vurub.

Arne Slotun rəhbərlik etdiyi komanda bu gün UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button