“Qarabağ”ın legioneri millidə zədələndi

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl iki məşqi buraxıb.

Kabo-Verde yığması bu gün Tunislə yoldaşlıq oyunu keçirəcək.

Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button