“Qarabağ” azarkeşləri AEL-i gözləyir – neçə bilet satılıb?

“Qarabağ”ın Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində Bakıda Kipr AEL-inə qarşı keçirəcəyi cavab matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, qarşılaşmaya 4 minə yaxıb bilet satılıb.

Avqustun 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib. Sözügedən oyunda 90+3-cü dəqiqədə Abdullah Zubirin vurduğu bərabərlik qolundan sonra azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button