“Qarabağ”ın futbolçusu əməliyyat olundu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Komanda.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışı zamanı sol ayağından xəsarət alan 20 yaşlı müdafiəçinin Almaniyada keçirilən əməliyyatı uğurlu olub. Elvin bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

“Qarabağ”ın daha bir müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən Avstriyadakı təlim-məşq toplanışında iştirak edə bilmir.

“Qarabağ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də, Bakıda İsrailin “Aşdod” komandasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button