
“Qarabağ”ı “Napoli” ilə matçda nə qədər azarkeş dəstəkləyəcək?
“Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 5-ci turunda 1000-dən çox azarkeş dəstəkləyəcək.
Bu barədə Komanda.az-a “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib:
“Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı azarkeş olacaq”.
“Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



