“Qarabağ”dan Cəfərquliyevlə bağlı açıqlama

“Qarabağ” klubunun zədəli futbolçusu Elvin Cəfərquliyevin yaşıl meydanlara dönəcəyi vaxt açıqlanıb.

Komanda.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada sol ayağının topuq bağından əməliyyat olunan müdafiəçi 6 həftədən sonra məşqlərə başlaya biləcək. Həkimlərin rəyinə əsasən, Cəfərquliyev yüngül qaçışlarla kifayətlənəcək.

Azərbaycan millisinin də üzvü olan Cəfərquliyev “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button