“Qarabağ”dan ayrılan Andrade bu kluba keçir

“Qarabağ”dan ayrılan Patrik Andrade karyerasını Serbiyada davam etdirəcək.

Komanda.az Serbiya mətbuatına istinadən xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçinin Belqrad “Partizan”ı ilə azad agent kimi 3 illik müqavilə bağlayacağı bildirilir.

Andradenin meneceri ilə danışıqların uzun müddət davam etdiyi də deyilir. Məlumata görə, Andrade bu gün Belqrada gedərək, tibbi baxışdan keçəcək, sonra tərəflər arasında müqavilə imzalanacaq.