“Qarabağ”a uduzduğumuz oyundan sonra…” – Kombuare

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olmuş Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, baş məşqçi “köhlən atlar”a uduzduqları oyundan da danışıb:

“Qarabağ”a uduzduğumuz oyundan sonra geridönüş etdik və nəticələr qazandıq”.

59 yaşlı mütəxəssis daha yaxşı nəticələrə layiq olduqlarını bildirib. Kombuare evdə “Qarabağ”a qalib gəldikləri matçda 6 futbolçuya istirahət verdiyini söyləyib.

2-ci turda Bakıda “Nant”a 3 cavabsız qolla qalib gələn “Qarabağ” 5-ci turda səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub. Ağdam komandası G qrupunu 8 xalla üçüncü sırada bitirərək, Avropa Liqası ilə vidalaşıb. “Köhlən atlar” UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button