“Qarabağ”a qarşı yaxşı mübarizə apardıq” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyunundan danışıb.

Komanda.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Son dəqiqələr üzücü oldu. Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk hissədə yaxşı başlamadıq, lakin sonrakı dəqiqələrdə qol epizodlarımız oldu. Rəqib ilk 15 dəqiqədə çox təzyiq etdi. Amma buna baxmayaraq, yaxşı mübarizə apardıq, uşaqlara təşəkkür edirəm. Kubok bitdi, rəqibi təbrik edirəm. Biz isə növbəti oyunlara baxacağıq.

PFL ilə danışıqlarımız oldu. İstəyirik ki, yaxşı meydançamız olsun. Anlaşılmazlıqlar olmuşdu. Bu məsələni öz aramızda həll etdik”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button