“Qarabağ”a qalib gəlmək çox çətindir”

“Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Qarabağ”a qarşı matçlar hər zaman gərgin və çətin keçir. Futbolçularımız bu gün olduqca fədakar çıxış etdilər. Meydanda əzmkar “Karvan-Yevlax” gördük. “Qarabağ” komandasına qalib gəlmək çox çətindir. Azərbaycan Kubokunda mübarizəni başa vurduq. Artıq bütün diqqətimizi Misli Premyer Liqasının qarşılaşmalarına yönəldəcəyik”.

“Qarabağ” – “Karvan-Yevlax” oyunu “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə bitib. Yevlax komandası 1/8 finalda mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button