“Qarabağ” rəqibi tam “oxuya” bilməmişdi” – Ramin Musayev

“Bizim komanda rəqibi tam “oxuya” bilməmişdi. Mən öz düşüncəmi deyirəm. Rəqib, elə bil, “yeni kart” açdı bizimkilər üçün. Mən inanmıram ki, Qurban Qurbanov onların oyununu əvvəlcədən təhlil etməsin. Amma görünür, rəqib bu oyun üslubunu “gizli silah” kimi saxlayıbmış”.

Komanda.az xəbər verir ki, bu sözləri korner.az-a müsahibəsində PFL-in sabiq prezidenti Ramin Musayev Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Viktoriya” qarşılaşmasını dəyərləndirərkən deyib.

O bildirib ki, cavab oyunu ilk qarşılaşmadan daha maraqlı keçəcək. Musayev, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını 50/50-yə dəyərləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button