“Qarabağ” “Neftçi”nin qisasını ala bilmədi
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.
![](https://azeturk.qalata.com/wp-content/uploads/2019/01/2f350705064c17216e27425e9c022b58-1.jpg)
Komanda.az xəbər verir ki, Ağdam klubu Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb. “Uypeşt” bu mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində “Neftçi”ylə qarşılaşmış, cavab matçında “ağ-qaralar”ı darmadağın edərək, mübarizədən kənarlaşdırmışdı.
“Gloria Sports Arena”da keçiriləcək matçda Ağdam klubu macarlara minimal hesabla uduzub.
“Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən bu qarşılaşma təxirə salınıb.
Yoxlama oyunu
16 yanvar
Qarabağ – Uypeşt (Macarıstan) 0:1
Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dani Kintana, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda, Bədavi Hüseynov, Donald Gerye
Bizi Facebook-da izləyin