“Qarabağ” – “Molde” matçının hakimləri açıqlanıb

Bakıda “Qarabağ”la Norveç “Molde”si arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyununun təyinatları bəlli olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.

Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button