“Qarabağ” “Frayburq”la oyundan öncə azarkeşlərə müraciət etdi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Frayburq”a qarşı keçirəcəyi səfər matçından öncə Almaniyadakı azarkeşlərə müraciət edib.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Europa Park” stadionunda baş tutacaq görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button