“Qarabağ” rəsmisindən “Frayburq”la matçın bilet satışı ilə bağlı açıqlama

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda “Qarabağ”la Almaniya “Frayburq”u arasında keçiriləcək oyun üçün 28 min bilet satılıb.

Bu barədə Komanda.az-a “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klub rəsmisi əlavə biletlərin satışa çıxarıldığını vurğulayıb:

“Hazırda bütün biletlər satılmayıb. UEFA-dan razılıq aldıq, 26-cı sektorun biletlərini də satışa çıxarırıq. 26-cı sektor qonaq komanda üçün nəzərdə tutulub. Amma gələn qonaqların sayı az olduğuna görə 26-cı sektorun biletləri satışa çıxarılıb. Bu günə qədər 28 min bilet satılıb”.  

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button