“Qarabağ” pley-offa vəsiqəni son tura saxladı

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 5-ci tur çərçivəsində Fransada “Nant”ın qonağı olub. Bu oyunda əldə ediləcək bir xal belə, Qurban Qurbanovun komandasına Avropa Liqasının pley-off mərhələsinə çıxmaq üçün bəs edəcəkdi. Məğlubiyyət isə bütün suallara son turda aydınlıq gələcəyi demək olacaqdı. Bu isə “Qarabağ”a sərf etmirdi. Ağdam təmsilçisi son turda Bakıda Almaniya “Frayburq”unu qəbul edəcək ki, bütün ümidləri həmin oyuna bağlamaqdansa, qrupdan çıxış “bilet”ini Fransada qazanmaq yaxşı idi.

“Qarabağ” “Nant”la Bakıdakı ilk görüşündə 3:0 hesablı qələbə qazanmışdı. Fransa təmsilçisi indi həm həmin məğlubiyyətin əvəzini çıxmağa, həm də, qrupdan çıxmaq üçün son şanslarından istifadə etməyi hədəfləmişdi. Qarşılaşmada hesabı da ilk yarıda fransızlar açıblar. Amma “Qarabağ” fasilədən sonra hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran “Nant” qələbə qazanan tərəf olub.

Qrupun digər oyununda lider “Frayburq” autsayder “Olimpiakos”u qəbul edib. Almaniya və Yunanıstan təmsilçiləri meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

G qrupu

27 oktyabr

Nant (Fransa) – Qarabağ 2:1
Qol: L.Blas, 16. İ.Qanaqo, 90+4 – F.Ozobiç, 56-pen.

Nant: 1. Alban Lyafon (k), 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba.
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon.
Baş məşqçi: Antuan Kombuare.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Frayburq (Almaniya) – Olimpiakos (Yunanıstan) 1:1
Qol
: Kubler, 90+3 – El Arabi, 17.

Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button