“Qarabağ” ÇL-in pley-offunda!

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Macarıstanda “Ferentsvaroş”un qonağı olub.

“Qarabağ” oyuna ciddi itkilərlə çıxıb. İki əsas mərkəz müdafiəçisi – Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyib. Amma ilk oyunu cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olub.

Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1.  Cavab görüşündə isə Ağdam klubu inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. Bu cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcəkdi. Uduzan tərəf isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaqdı. “Qarabağ” ÇL-in pley-offunda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 3-cü əsnifat mərhələsi

Cavab oyunu (ilk oyun – 1:1)

9 avqust

Ferentsvaroş (Macarıstan) – Qarabağ 1:3
Qol: A.Traore, 86 – A.Zubir, 7. İ.Vadji, 54; 78.
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
Budapeşt. “Groupama Arena”

Ferentsvaroş: 90. Deneş Dibus (k), 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristoffer Zakariassen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Məhəmməd Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav Çerçesov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button