“Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarılıb

Bakıda “Qarabağ” və “Braqa” arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Biletləri “iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.

“Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button