“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi – SİYAHI

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Hücumçu Adama Diakabinin adı heyətə salınmayıb. Fransalı futbolçunun komandadan ayrılması gözlənilir.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov;
Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yasin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev;
Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 19. Redon Cica, 90. Nəriman Axundzadə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button