“Qarabağ” əla komandadır” – “Frayburq”un baş məşqçisi

“Qarabağ” əla komandadır”.

Komanda.az xəbər verir ki, bu sözləri Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, bu görüşdə hər bir oyunçusuna şans verə biləcəyini söyləyib:

“Bu qarşılaşmada kimlərin oynayacağını demək istəmirəm. Qapıçı mövqeyində də dəyişiklik ola bilər”.

Ştrayx “Qarabağ” haqqında xoş fikirlər səsləndirib:

“Rəqib həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir”.

O, bəzi itkilərinin olduğunu deyib:

“Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək”.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button