“Qəbələ” “Dinamo”ya həm uduzdu, həm də qalib gəldi

Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə əməkdaşlıq çərçivəsində “Qəbələ”nin U-15 və U-13 komandaları Gürcüstana yola düşüblər.

Komanda.az xəbər verir ki, 5 günlük səfər çərçivəsində məşqlərlə yanaşı, yoldaşlıq oyunları da nəzərdə tutulub. Artıq ilk oyunlar başa çatıb. U-15 rəqibinə 1:2 hesabı ilə məğlub olsa da (yeganə qolu Ağasi Babayev vurub), U-13 qələbə qazanıb. “Dinamo”nun 2 qoluna “Qəbələ” 3 topla cavab verib. Hikmət Cəbrayılzadə 2, Vüsal Əmirəhmədov 1 qola imza atıb.

45 nəfərlik nümayəndə heyəti Gürcüstan çempionatının yüksək liqası çərçivəsində “Dinamo” – “Lokomotiv” görüşünü stadiondan izləyib.

Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button