Qətərə gedən ilk milli komanda bəlli oldu

ABŞ milli komandası DÇ-2022-də Qətərə yollanan ilk yığma olub.

Komanda.az “Gulf News”-a istinadən xəbər verir ki, ABŞ milli komandası Qətərin paytaxtı Dohanın şimalındakı süni adada yerləşən “Marsa Malaz Kempinski” hoteldə qalıb. Kapitan Kristian Pulişiç də daxil olmaqla Avropa ölkələrinin yerli çempionatlarında çıxış edən futbolçuların bəziləri hələ düşərgəyə getməyib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Amerikalılar B qrupunda İngiltərə, İran və Uelslə qarşılaşacaq. ABŞ millisi ilk oyununa noyabrın 21-də Uelslə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button