“Qəbələ”nin baş məşqçisi azarkeşlərə barmaq silkələdi – FOTO

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”ın qonağı oldu. “Qırmızı-qaralar” Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçda böyük hesabla (1:7) məğlub oldular.

Komanda.az xəbər verir ki, “bayquşlar”ın müdafiəçisi Rəhman Daşdəmirovun vurduğu 7-ci qoldan sonra tribunadakı azsaylı “Qəbələ” azarkeşləri tez-tez “Kaxaber, istefa” şüarları səsləndirirdilər.

Oyunun gedişində bu çağırışlara məhəl qoymayan bölgə təmsilçisinin baş məşqçisi Kaxabar Tsxadadze hakimin final fitindən sonra, üzünü tribunaya tərəf tutaraq, azarkeşlərə barmaq silkələdi.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button