“Qəbələ”də üç itki – Kapitan sıraya döndü

“Qəbələ”nin üç futbolçusu komandanın növbəti oyuna hazırlıq prosesində iştirak etmir.

Komanda.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rüfət Əhmədov əməliyyatdan sonrakı reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.

Misli Premyer Liqasının 12-ci turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən Rafael Utziqin müalicəsi davam edir. Mikrozədəsi olan kapitan Asif Məmmədov isə komandanın bu gün keçirilən məşqinə qatılıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button