PSV-nin yeni baş məşqçisi bəlli oldu

Niderlandın PSV komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı qarşıdakı mövsümdən etibarən Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssis Eyndhoven təmsilçisi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

O, cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Nistelroy bu vəzifədə Rocer Şmitdi əvəzləyəcək.

Nistelroy 2016-cı ildən PSV-də müxtəlif vəzifələrdə çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button