Leonardo koronavirusun PSJ-yə vurduğu zərərdən danışdı

PSJ-nin idman direktoru Leonardo koronavirus pandemiyasının kluba vurduğu zərərlərdən danışıb.

Komanda.az xəbər verir ki, “Football İtalia” portalına danışan braziliyalı funksioner, təxminən 200 milyon avroya yaxın maliyyə itkisi yaşadıqılarını deyib:

“Pandemiya həyatın bütün sahələrinə olduğu kimi futbola da təsir göstərdi. Əlbəttə, transfer bazarında da bu hiss ediləcək. Koronavirusa görə yaşanan maliyyə böhranları klublara da təsir etdi. İnsanlar bizim 200 milyon avro itirdiyimizi deyir. Bəli, ola bilər ki, itkimiz bu məbləğə yaxın olsun.

İnanmıram ki, bu yay 100 milyonluq transferlər olacaq. Çünki heç kim, hətta PSJ-nin büdcəsi belə, bu pulu xərcləməyə imkan vermir. İtkilərimiz çoxdur. Tez bir zamanda həll yolu tapmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button